AZ

Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblər

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında Rusiya lideri Vladimir Putinlə mümkün görüş məsələsi müzakirə edilib.

APA xəbər verir ki, ukraynalı lider bu barədə "Telegram" kanalında məlumat yayıb.Zelenski Makronu İstanbulda Rusiya tərəfi ilə keçirilmiş üçüncü görüşün nəticələri barədə məlumatlandırıb.

“Avqustun sonunadək ən yüksək səviyyədə görüş təşkil olunması ilə bağlı təklifimizə cavab gözləyirik”, – dövlət başçısı vurğulayıb.

Zelenski əlavə edib ki, mümkün görüşdə Avropa nümayəndələrinin də iştirakı vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
4
apa.az

6Mənbələr