AZ

Füzulidə “Hyundai” aşdı Xəsarət alan var Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Mirzəcamallı kəndi ərazisində  hərəkətdə olan “Hyundai” markalı 77 GE 219 dövlət nömrə nişanlı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. 

Nəticədə avtomobildə olan sərnişin 66 yaşlı Sahilə Muradova müxtəlif dərəcəli xəsarət alıb. 

Yaralı təcili tibbi yardım avtomobili ilə Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
qafqazinfo.az

5Mənbələr