AZ

Türkiyədəki meşə yanğınları ilə bağlı 21 nəfər həbs olundu

Türkiyənin Bursa, Karabük və Kahramanmaraşda baş verən meşə yanğınlarına qurudan və havadan müdaxilə davam edir.

Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, Bursada baş verən meşə yanğınlarında küləyin təsiri nəticəsində alovlar yenidən şiddətlənib. Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı 4 vilayətdə 5 yanğının nəzarət altına alındığını açıqlayıb.

Orhanelidəki yanğın zamanı ürək tutması keçirən yanğınsöndürən vəfat edib. Ədliyyə naziri Yılmaz Tunç isə meşə yanğınları ilə bağlı 21 nəfərin həbs olunduğunu bildirib. Dördpendirli pizza

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarına qarşı Yaşıl vətəni qorumaq üçün 27 təyyarə, 105 helikopter, təxminən 6000 yerüstü texnika, 25 min meşə qəhrəmanı işçi və 132 min könüllü ilə birlikdə gecə-gündüz hazır vəziyyətdə olduqlarını bəyan edib.


Telegram kanalımız
Seçilən
84
9
yenisabah.az

10Mənbələr