Bakı. Trend:
Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olanBeynəlxalq Musiqi Festivalı Qəbələ şəhərində uğurla davam edir.Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsindəkeçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycandanvə xarici ölkələrdən tanınmış ifaçılar, gənc istedadlar, musiqikollektivləri iştirak edirlər.
Trend xəbər verir ki,tamaşaçılar və şəhərin qonaqları festivalın proqramına daxil olanhər bir konserti böyük səbirsizliklə gözləyirlər.
İyulun 26-da axşam saatlarında Heydər Əliyev Konqres MərkəzindəBakı Dövlət Kamera Orkestrinin iştirakı ilə keçən konsertdə Xalqartisti Nəzakət Teymurova möhtəşəm ifası ilə tamaşaçılara unudulmazmusiqi bayramı bəxş edib.
Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuadİbrahimovdur.
Tanınmış xanəndəni konsertdə Əməkdar artistlər Əliağa Sədiyev(tar), Xəyyam Məmmədov (kamança), Şirzad Fətəliyev (balaban),Kamran Kərimov (nağara), Çinarə Heydərova (qanun), Qalib Həşimov(ud), Eyvaz Həşimov (qoşa nağara), Hüsaməddin Əzizov (bəm nağara),respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüCəmil Sədizadə (piano) və orkestrin üzvləri müşayiət ediblər.
Festivalın proqramına uyğun olaraq, bu gün tamaşaçılara kameramusiqisi axşamı və Tbilisi Big Band ansamblının (Gürcüstan)konserti təqdim olunacaq.