AZ

“WhatsApp”dan YENİLİK

“WhatsApp” messencerində istifadəçilərə profil fotolarını birbaşa "Instagram" və "Facebook" sosial şəbəkələrindən idxal etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Android" üçün tətbiqin beta versiyasında yenilik aşkar edən "WABetaInfo" portalı məlumat yayıb.

Hazırda "WhatsApp"da profil şəklini qurmaq üçün siz kamera ilə şəkil çəkə, qalereyadan şəkil seçə və ya süni intellektdən istifadə edərək şəkil yarada bilərsiniz. Yeni funksiya daha iki seçim əlavə edəcək: "Facebook"dan və "Instagram"dan idxal.

Tərtibatçılar funksiyanın istəyə bağlı olacağını və standart olaraq qeyri-aktiv olacağını vurğulayırlar. Ondan istifadə etmək üçün siz hesabları "Meta Hesab Mərkəzi" vasitəsilə əlaqələndirməlisiniz. Eyni zamanda, bu addımın “WhatsApp”da yazışmaların başdan-başa şifrələnməsinə və digər aspektlərinə təsir etməyəcəyi iddia edilir.

Seçilən
33
3
publika.az

5Mənbələr