Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Sumqayıt mərhələsində yarımfinal matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, milli komandamız bu mərhələdə "Rapid (Buxarest) 21:15 hesabı ilə məğlub edərək həlledici oyunda iştirak hüququ əldə edib.
Finalda rəqib Latviya - Fransa cütünün qalibi olacaq.
1/4 finalda Çinə 18:12 hesabı ilə qalib gələrək yarımfinala yüksəlmişdi.
Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.