AZ

Yardımlıda arxeoloji qazıntılar nəticəsində daş qutu, küp və torpaq qəbir abidələri aşkarlanıb FOTOLENT

Apa.az saytına istinadən ain.az xəbər verir.

Yardımlıda Azərbaycan-Amerika arxeoloji ekspedisiyasının birgə apardığı araşdırmalar öz müsbət nəticəsini verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Yardımlı rayonunun Urakəran kəndi ərazisində yerləşən Biləh qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar nəticəsində daş qutu, küp və torpaq qəbir abidələri aşkar edilib.

Qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında Azərbaycan-Amerika birgə ekspedisiyasının əməkdaşlığı çərçivəsində aparılır. ABŞ-ın Azərbaycandakı ekspedisiya üzvü Lara Fabian tapıntıların möhtəşəm olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
8
apa.az

9Mənbələr