AZ

Selena Qomezin toyu ilə bağlı detallar üzə çıxdı - Bunlar qadağan olacaq

Selena Qomez-Benni Blanko cütlüyü toylarını təxirə salmaq barədə düşünüb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Məlumata görə, müğənni və aktrisa Selena Qomez, nişanlısı Benni ilə toy planlarının ictimaiyyətə məlum olmasından qəzəblənib.

"Əgər toya iki aydan çox vaxt qalsaydı, tarixi dəyişdirəcəkdilər, amma bu, mümkünsüz bir işdir. Buna görə də onlar toyu təxirə salıb yeni yer axtarmaq istəmirlər. Bunun əvəzinə toyu mümkün qədər gizli keçirmək üçün təhlükəsizlik tədbirlərini artırıblar”, - mənbə bildirib.

Qeyd edilir ki, Selena Qomezin toyunda təhlükəsizlik birinci prioritet olacaq, çünki məclisə çoxlu sayda məşhurlar dəvət olunub.

Cütlüyün toyunda mobil telefonlar da qadağan ediləcək.

Seçilən
25
publika.az

1Mənbələr