Şara Bullet kimi tanınan UFC döyüşçüsü Şarabutdin Maqomedov iyulun 26-da Əbu-Dabidə keçirilən turnirdə kanadalı Mark-Andre Barriault ilə qarşılaşıb və hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, Maqomedob üstün olduğu ikinci raundda rəqib zərbəsini buraxıb. Sərt zərbədən sonra onun burnundan qan açılıb.
Ola bilsin ki, onun burnu qırılıb. Şarabutdin döyüşdən sonra xəstəxanaya yerləşdirilib.
Bullet karyerasında 16 MMA döyüşünün 15-də qalib gəlib.