AZ

ABŞ-də naməlum şəxs supermarketdə 11 nəfəri bıçaqlayıb

ABŞ-nin Miçiqan ştatının Travers-Siti şəhərində yerləşən "Walmart" supermarketində naməlum şəxsin bıçaqla hücumu nəticəsində azı 11 nəfər xəstəxanaya yerləşdirilib.
 
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
 
Ştat polisinin verdiyi məlumata görə, şübhəli şəxs saxlanılıb və hazırda həbsdədir. Hadisənin təfərrüatı hələlik açıqlanmır.
 
Polis əməkdaşları faktla bağlı araşdırma aparırlar. Hücumun motivləri və zərərçəkənlərin səhhəti barədə dəqiq məlumat verilməyib.
Seçilən
5
2
moderator.az

3Mənbələr