AZ

Qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirildi

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib.Metbuat.az xəbər verir ki, bu oyuncaqları gömrük bəyannaməsi bəyan edilmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub. İstanbul Sabiha Gökçen Hava Limanına gələn iki sərnişin aparılan risk analizindən sonra nəzarətə götürülüb. Sərnişinlər “Gömrüyə aid heç bir əşyam yoxdur” mənasını verən yaşıl xəttdən istifadə edərək oradan çıxdıqdan sonra onların baqajından 132 ədəd sözügedən oyuncaq aşkar edilib.

Qeyd edək ki, Çinin "Pop Mart" şirkətinin "Labubu" oyuncağı son dövrlərdə sürətlə populyarlıq qazanıb.

Seçilən
103
14
metbuat.az

10Mənbələr