AZ

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi

Qadın futbolçular arasında Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, Mərakeşdə təşkil olunan turnirin finalında yerli komanda ilə Nigeriya yığması qarşılaşıb.
 
Görüş nigeriyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Qaliblərin qoluna Ester Okoronkvo, Cennifer Eçegini və Folaşade İcamilusi imza atıb.
 
Mərakeşdən isə Gizlan Şebbak və Sanaa Mssudi fərqlənib.
 
Qeyd edək ki, Nigeriya komandası 11-ci dəfə Afrika Millətlər Kubokunun qalibi olur. Bu, turnir tarixinin rekordudur.
Seçilən
55
1
moderator.az

2Mənbələr