AZ

Qərbi Azərbaycan Xronikası: Türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən rituallar

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən ritual" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər Qərbi Azərbaycan toy adətlərində qədim türk rituallarına əməl olunmasından söz açıb.

O bildirib ki, gəlinin sulanması su inancının müqəddəsliyi ilə bağlıdır: "Toy günü qayınata-qayınana gəlinin qarşısında güləşirdi. Güləşdə qayınatanı yıxmaq üçün bütün qohumlar birləşirdi. Minillik türk inancı olan gəlinin sulanması, toyda bəy anası ilə atasının güləşməsi qadının söz sahibi olmasına işarə və qadın hakimiyyətinin simvolu idi. Gəlin qəndləri evin 4 küncünə qoymalıdır ki, ailə möhkəm olsun. Bir sözlə, türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən rituallar çoxdur".

Onun sözlərinə görə, yas mərasimində avazla bayatı demək müalicəvi məqsəd daşıyırdı: "Yasda 3, 7, 40 və 52 günün dərin mənası, ritualı və hər birinin öz yeməyi var. Yas mərasimində bayatı demək vacib idi".

Türkün yaddaşının aşıq yaradıcılığında yaşadığını deyən N.Əskər insanın bayatılarla sağalmasının mümkünlüyünə, gəlini evə salmaq üçün qayınanaların minnət etməsinə, gəlinin evə girişinin qədim türklərdə mistik məna daşımasına da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Qərbi Azərbaycan Xronikası: Türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən rituallar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
oxu.az

10Mənbələr