AZ

"Turan Tovuz" Filip Ozobiçlə müqavilə bağladı

Azərbaycan Premyer Liqası təmsilçisi "Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, klub xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə 1+1 illik müqavilə imzalayıb.

Filip Ozobiç əvvəlcə ölkəmizdə “Qəbələ” və “Qarabağ” komandalarında çıxış edib. O, həmçinin Rusiyanın “Spartak”, eləcə də Xorvatiyanın “Hayduk” və “Slaven” klublarında da forma geyinib.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2021-ci ildən Azərbaycan milli komandasında da çıxış edir. Ozobiç millimizin heyətində 15 oyuna çıxaraq 1 qol vurub.

Seçilən
39
1
bakivaxti.az

10Mənbələr