AZ

İran İsraillə atəşkəsin pozula biləcəyini istisna etmir

ain.az, Hurriyyet saytına istinadən bildirir.

İran İsraillə atəşkəsin pozula biləcəyini istisna etmir.

Bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi “Habertürk”ə müsahibəsində deyib.

O bildirib ki, ABŞ-nin İsrailin İrana hücum etməsinə icazə verməsi və ardınca öz hücumları Tehranda inamsızlıq yaradıb: “İndi atəşkəs davam edir. Bu, yaxşıdır. Biz vəziyyətin gərginləşməsini istəmirik, amma eyni zamanda şəhərlərimizi, mülki insanlarımızı qorumaq üçün nə lazımdırsa, edərik”.

Nazir müavininin fikrincə, İsrailə qarşı həmrəylik gücləndirilməli, ABŞ-yə təzyiqlər artırılmalıdır: “Çünki İsrailə əsas dəstək göstərən güc ABŞ-dir. ABŞ-nin İsrailə hərbi dəstəyini dayandırması, onu BMT-nin Təhlükəsizlik Şurasında qorumaması üçün təzyiq göstərilməlidir. Əks halda rəsmi Təl-Əviv başqa ölkələrə də hücum edə bilər. Bu, bütün region üçün son dərəcə təhlükəli ssenaridir”. \\Report.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
4
hurriyyet.az

5Mənbələr