AZ

Çində keçirilən ŞƏT forumunda 200-ə yaxın təşkilat iştirak edir

Çinin Zhengzhou şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) media və beyin mərkəzi forumu keçirilir.

Doğru.az xəbər verir ki, forumda 200-ə yaxın media orqanı, analitik mərkəz, dövlət qurumları və beynəlxalq təşkilatları təmsil edən 400-dən çox nümayəndə iştirak edir.

China Daily-nin yazdığına görə, iyulun 23-dən 27-dək Henan əyalətində davam edəcək tədbirin əsas mövzusu “Şanxay ruhunu təbliğ etmək, birlikdə gözəl bir ev yaratmaq”dır.

Qeyd edək ki, bundan əvvəl Ermənistan rəhbərliyinin ŞƏT-ə üzvlüklə bağlı müraciət etdiyi məlum olmuşdu.

DOĞRU.AZ

Seçilən
44
1
dogru.az

2Mənbələr