“Hesab edirəm ki, Novak Cokoviç kortdakı ən ağıllı oyunçudu. O, təcrübəsi və indiyə qədər keçirdiyi oyunlar sayəsində tennisi hamıdan yaxşı anlayır. Dəfələrlə Novakla təmas qurmuşam, onun oyunlarını izləmişəm, birlikdə məşq etmişik. Ancaq bizim söhbətlərdə tennisə nadir hallarda toxunulur. Onunla idman yox, həyat mövzularını müzakirə etmək mənim üçün daha maraqlıdı. Onun məşqlərinə və oyunlarına baxmaqla öyrənməyə çalışıram. Ancaq bu məqamları birbaşa müzakirə etmirik. Oyununa baxmağı, birgə məşq etməyi, hərəkətlərini və oyun üslubununu müşahidə etməyi xoşlayıram. Sadəcə, tennis haqda bir o qədər çox danışmırıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta