AZ

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdiVİDEO

Ölkə ərazisində müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində qeyd edilib.

Nazirlik tərəfindən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara bir daha müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


Seçilən
37
49
xezerxeber.az

10Mənbələr