Ukraynanın Kiyev vilayətinin Belaya Tserkov rayonunda 40 yaşlı kişi qonağını bel ilə döyərək öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Skvirska icmasında baş verib. Polis əməkdaşları müəyyən ediblər ki, hadisə günü iki kişi birlikdə spirtli içkilər qəbul ediblər.
Sonradan həyətdə ev sahibi ilə 53 yaşlı qonaq arasında mübahisə yaranıb. Cinayətdə şübhəli bilinən şəxs bel götürərək qarşı tərəfi iki dəfə bədənindən vurub, daha sonra isə üzünə üç dəfə təpiklə zərbə endirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.