AZ

Sabahkı konsertə gedənlər üçün pulsuz avtobuslar ayrıldı - Rəsmi

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.

“Sita.tinfo xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq:

“Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”.

Vurğulanır ki, saat 16:00–20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək:

“Koroğlu” m/st (Nəqliyyat Mübadilə Mərkəzi)

“Qara Qarayev” m/st

“28 May ” m/st

“20 Yanvar” m/st

Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.

Seçilən
53
45
sitat.info

10Mənbələr