AZ

Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək

Bakı. Trend:

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionundakeçiriləcək dünya şöhrətli müğənni Castin Timberleykin konserti iləəlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

Trend-inməlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-dənbildirilib.

Konsertin saat 20:00-da başlanması nəzərə alınaraq, metrostansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saatuzadılacaq. Belə ki, bütün stansiyaların girişi saat 00:00-dan02:00-dək sərnişinlərin istifadəsində olacaq.

Bu addımın məqsədi konsert iştirakçılarının gec saatlardaictimai nəqliyyatdan rahat və təhlükəsiz şəkildə istifadəetmələrini təmin etməkdir.

Tədbirə gedən sərnişinlərə “Koroğlu” stansiyasının 3 və 4-cüçıxışlarından istifadə etmələri tövsiyə olunur.

Seçilən
105
4
az.trend.az

5Mənbələr