Naməlum şəxs 2011-ci ilin yanvarından bəri toxunmadığı “Bitcoin”ləri yeni ünvana köçürüb.
RBK-nın məlumatına əsasən, pul kisəsində 3 962 bitkoin olub.
Bunların çoxu pul kisəsinə bir “Bitcoin”ə görə 0.39 dollar məzənnəsi ilə daxil olub.
14 il əvvəl bitkoinlər təqribən 1 558 dollar dəyərində qiymətləndirilirdisə, son köçürmə zamanı isə onların dəyəri 468 milyon dolları keçib.
Belə ki, hazırda “Bitcoin”in məzənnəsi 118 min dolları ötüb. “Bitcoin”lərin qiyməti bu müddət ərzində 300 min dəfə artıb.
MənbəOXU.AZ