Türk Aerokosmik Sənayesi A.Ş. (TUSAŞ) İndoneziyaya 48 ədəd beşinci nəsil KAAN döyüş təyyarəsi verəcək.
Publika.az xəbər verir ki, bu barədə şirkət "X" sosial şəbəkəsində müvafiq paylaşım edib.
"KAAN qırıcılarının İndoneziyaya tədarükü ilə bağlı rəsmi müqavilə "IDEF-2025" müdafiə sərgisi çərçivəsində imzalanıb", - məlumatda deyilir.
Bildirilir ki, bu, Türkiyə tarixində hərbi sənaye məhsullarının ixracı üzrə ən böyük sövdələşmə olub.
Xatırladaq ki, iyun ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn razılaşmanı açıqlamışdı.
2024-cü ilin fevral ayında Türkiyənin "Kaan" döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib.