AZ

Balakən‑Bakı və Zaqatala‑Bakı qatar biletləri bahalaşıb?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstirahət günlərində Bakı-Balakən və Zaqatala-Bakı marşrutu üzrə qatar biletlərinin qiymətinin 22-25 manat arası dəyişməsi bölgə sakinlərinin narazılığına səbəb olub.

Onlar bildirirlər ki, qiymət artımı xüsusilə şənbə və bazar günləri hiss olunur.

"Azərbaycan Dəmir Yolları" QSC qiymət artımının səbəblərini belə açıqlayıb:

"Dəmir yollarında əsasən elektrik və dizeldən istifadə edilir. Son altı ildə elektrik enerjisinin qiymətində 20%-dən çox, dizelin qiymətində isə 70%-dən çox artım var. Bunlar təbii ki, qiyməti müəyyənləşdirməyə təsir edir".

 

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
1
cebheinfo.az

3Mənbələr