AZ

Əl Hilal isveçli hücumçunun həftəsinə 686 min avro təklif edir

ain.az bildirir, Cebheinfo portalına istinadən.

"Nyukasl"ın hücumçusu Aleksandr İsak karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, 25 yaşlı isveçli futbolçuya həftəlik 686 min avro maaş təklif etməyə hazır olan "Əl-Hilal" maraq göstərir.

Forvardla "Liverpul" da maraqlanır, lakin futbolçunu belə maaşla təmin edə bilmək iqtidarında deyil.

2024/25 mövsümündə İsak 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 120 milyon avro qiymətləndirir.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
94
1
cebheinfo.az

2Mənbələr