ain.az, Mia.az portalına istinadən məlumat verir.
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə olunub, Müşahidə Şurasının son əyani iclasında baxılan bir sıra məsələlərə dair məlumatlar təqdim edilib.
SOCAR-ın 2025-ci ilin tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi müzakirə olunaraq təsdiq edilib, habelə şirkətin 2025-ci ilin 6 aylıq dövrü üzrə fəaliyyətinin nəticələrinə baxılıb.
İclasda, həmçinin SOCAR tərəfindən icrası nəzərdə tutulan bir sıra layihələrlə bağlı məlumatlar təqdim olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.