AZ

Fənərbaxça nın müdafiəçisi Avropa klublarının hədəfində

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Fənərbaxça"nın futbolçusu Aleksandr Ciku komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun heyətdə düşünmədiyi qanalı müdafiəçi ilə Avropada 3 klub maraqlanır. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

"Lill", "Vilyarreal" və "Roma" 30 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. İstanbul nəhəngi oyunçu üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Aleksandr Cikunu 2023-cü ilin yayında "Strasburq"dan transfer edib. Qana millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sportal.az

2Mənbələr