AZ

Bu serialın çəkilişləri dayandırıldı – SƏBƏB

“Çoxseriyalı "Tağıyev" filmi maliyyə problemlərinə görə 8 bölümdən yalnız 4 bölümü çəkilib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Tağıyev” filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" “YouTube” verilişində səsləndirib.

Onun sözlərinə görə, maliyyə imkanlarının məhdudluğu səbəbindən hazırda yalnız ilk 4 bölüm ekranlaşdırılıb:

“Əgər maliyyə dəstəyi olsa, qalan 4 bölüm də ikinci sezon çəkilərək tamaşaçılara təqdim ediləcək”.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” filminin ilk iki bölümü – “Tağıyev: Neft” və “Tağıyev: Çar” artıq kinoteatrlarda nümayiş olunub.

Seçilən
100
1
cebheinfo.az

2Mənbələr