
Venesuelanın paytaxtı Karakas şəhərində bütün qitələrdən dəvət olunan şairlərin yenicə başa çatan XIX Ümumdünya Poeziya Festivalında ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzər” jurnalının əməkdaşı, şair-tərcüməçi Mahir Qarayev təmsil edib.Venesuela yazıçı və şairləri Anna Mariya Palomaresin “Od və kül arasında” (“De fuego o de ceniza”), Freddi Nyanyesin “Yad ev” (“Casa Ajena”) və Xorxe Rodrigesin “Külə dönmüş çay” (“Río quemado”) kitabları onun tərcüməsində ana dilimizdə nəşr olunub. Festival ərəfəsində Mahir N.Qarayevin bir neçə şeiri də ispan dilinə tərcümə olunaraq populyar nəşrlərdə yayılıb.
Bir həftə davam edən festival çərçivəsində müxtəlif şairlərin ispan dilində şeirlərinin Azərbaycan, ingilis və digər dillərdə tərcümələri elektron formatda göstərilib, təşkil olunan kitab sərgisində ölkəmizdə ingilis və ispan dillərindən tərcümə kitabları nümayiş edilib. Mahir Qarayev Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşan səfərində otuzdan çox ölkənin yazarları ilə ünsiyyət qurub, klassik və müasir ədəbiyyatımız haqqında onlara məlumat verib, ədəbi əlaqələrin inkişafı məsələləri barədə fikir mübadiləsi aparıb. (azərtac)Ulusum.az
Diqqət Çəkənlər
Starlink ÇÖKDÜ! Minlərlə istifadəçi internetsiz qaldı
Hərbi çağırışla bağlı mühüm toplantı – iyulun gedişatı dəyərləndirildi
Sumqayıt yolunda faciə – Yaralılar var