AZ

Masallıda “Vətəndaş cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində ilk tədbir keçirilib - FOTOLAR » AzadMedia.az



Masallı rayonunun Boradigah qəsəbəsində “Din və Qadın Hüquqları” İctimai Birliyi tərəfindən tədbir təşkil olunub.


Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Vətəndaş cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində 19 iyul 2025-ci il tarixində gerçəkləşib.


Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Tünzalə Qardaşova layihənin əsas məqsədinin dini-mənəvi dəyərlərin cəmiyyət həyatındakı rolunun təşviqi, gənclərin xurafatçılıq, dini radikalizm və fundamentalizm kimi neqativ təsirlərdən qorunması, həmçinin bu dəyərlərin vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətinin təbliği ilə bağlı olduğunu bildirdi.


Sonra layihənin təlimçisi Əntiqə Qurbanova iştirakçılara aşağıdakı mövzularda məlumat təqdim edib:
1. Mənəvi dəyərlərimiz: dil, adət-ənənə, mədəniyyət
2. İslamın həqiqi prinsipləri və dəyərləri
3. İslamda qadın hüquqları
4. Dini fanatizm və xurafata qarşı mübarizə yolları
5. Vətəndaş cəmiyyəti və dini-mənəvi dəyərlər
6. Dini-tarixi abidələrimiz və tariximiz


Boradigah qəsəbəsində keçirilmiş ilk tədbirdə 25 nəfər iştirak edib. İştirakçıların əksəriyyətini gənclər təşkil edib və onların aktivliyi, müzakirələrə maraqla qatılması tədbirin uğurlu keçdiyini göstərib. Tədbir zamanı bölgənin dini-tarixi abidələrini əks etdirən foto və video materiallar təqdim olunub, iştirakçılar yaşadıqları ərazinin dini-mədəni irsi haqqında ətraflı məlumatlandırılıblar.


Qeyd edək ki, 3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Cənub bölgəsinin beş rayonunda – Astara, Cəlilabad, Yardımlı, Masallı və Lənkəran – maarifləndirici seminar-treninqlər təşkil olunacaq. Hər rayonda keçiriləcək tədbirdə müxtəlif qruplardan – xüsusilə gənclərdən, qadınlardan, dini icma təmsilçilərindən, yerli icra orqanlarından və QHT nümayəndələrindən ibarət 20 nəfərin iştirakı nəzərdə tutulur.

Fotolar

Seçilən
29
3
azadmedia.az

4Mənbələr