AZ

Şuşada maarifləndirici tədbirlər keçirilir -Video

Şuşada ictimai qaydanın qorunması, ərazidə təmizliyin və sanitariya normalarının təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

Redaktor.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, əhalinin sıx toplaşdığı yerlərdə insanlarla maarifləndirici söhbətlər aparılır, ərazinin təmiz saxlanmasının vacibliyi izah olunur.

Qeyd olunur ki, Şuşa bizim qürurumuzdur, gəlin onu təmiz və nümunəvi saxlayaq.

Bütün vətəndaşlardan qaydalara əməl etmələri, təbiətə və ictimai mühitə qarşı məsuliyyətli davranmaları xahiş olunur.

Seçilən
30
9
redaktor.az

10Mənbələr