AZ

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. Pezeşkian qonşularla, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan və Körfəz ölkələrilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması daha böyük nailiyyətlərə gətirib çıxara bilər.

İran prezidenti diplomatları bu istiqamətdə daha fəal olmağa çağırıb.

Seçilən
60
8
buta.tv

10Mənbələr