Uşaq yaşıdını itələyir, "səndən nifrət edirəm!" – deyə bağırır, oyuncağını yerə çırpır… Böyüklərin ilk reaksiyası adətən eynidir – qınamaq və cəzalandırmaq. Bu davranışlar bir çoxuna dərhal "pis hərəkət", "kapriz", yaxud "uşağın manipulyasiya cəhdi" kimi görünür. Lakin əslində, uşaq agresiyasının kökündə tamamilə fərqli və çox dərin bir səbəb dayanır – kəskin acizlik və dözülməz frustrasiya.
AzEdu.az bununla bağlı məlumatları sizə təqdim edir:
Uşaq içindəki fırtına ilə bacarmır
Uşaq güclü bir emosiya, reallaşmayan bir istək və ya çətin bir vəziyyətlə qarşılaşdıqda, bunun öhdəsindən gəlmək üçün kifayət qədər alətə malik olmur. Onun beyni – xüsusilə impulsları idarə edən və problemi həll edən prefrontal korteks – hələ inkişaf mərhələsindədir.Bu zaman uşaqda əsas instinkt – "vur və ya qaç" – işə düşür.
Yıxılmış qüllə – uşaq üçün bir dünya çöküşüdür
Təsəvvür edin: uşaq qurduğu blok qülləsi bir daha yıxılır. Valideyn yalnız isterika və dağılan oyuncaq hissəciklərini görür. Amma uşaq üçün bu, dünyanın dağılmasıdır, məqsədinə çata bilməməkdən yaranan acizlik hissidir. Onun qəzəbi – ümidsizliyin çarəsiz qışqırığıdır.
Ağlamayan şagirdin tək müdafiəsi – aqressiyadır
İbtidai məktəb şagirdi ikilik qiymət alır. Ağlamaq əvəzinə müəllimə kobud cavab verir, ya da sinif yoldaşını incidir. Onun içində isə fərqli hisslər qarışıb:
Utanma – “mən bacarmıram”
Qorxu – “valideynlər məni danlayacaq”
Acizlik – “bu mövzunu başa düşmürəm”
Uşaq bu həssaslığını ifadə etməyə söz tapa bilmir – ona görə də hücum edir.
Qapını çırpan yeniyetmə sadəcə "ədəbsiz" deyil
Təqdir və dəstək əvəzinə davamlı tələb görən yeniyetmə, qapını çırpır, üzünü çevirir. Bu reaksiya – sadəcə bir əxlaq problemi deyil, toplanmış inciklik, ədalətsizlik hissi və ifadə edilməmiş emosiyaların partlayışıdır.
Sanki deyir: “Hər kəs məndən gözləyir, bəs mənim hisslərim nə olacaq"?
Aqressiya – S.O.S siqnalıdır
Bu davranış – “pis xarakter” deyil. Bu, uşağın dil tapmadığı daxili fırtınaya qarşı son çıxış yoludur. O sanki deyir:
“Mən içimdə baş verənlərlə bacarmıram! Başqa çıxış yolum yoxdur”!
Nə etməli? Cəza yox, anlayış və dəstək
Uşağın qəzəbinin arxasında gizlənən bu acizliyi görmək – onu həqiqətən anlamağın və dəstək verməyin açarıdır.
Ən doğru yanaşma:
Səbirli olmaq
Davranışın arxasındakı səbəbi anlamağa çalışmaq
Uşağı duyğularını tanımağa və qəbul olunan yollarla ifadə etməyə öyrətmək
Çünki uşaq aqressiyasının əsl cavabı – qorxuya yox, anlayışa ehtiyacdır.