AZ

Transferi reallaşdıqdan dərhal sonra Van Deyk Virtsə nə deyib?

“Liverpul”un müdafiəçisi Vircil van Deyk “mersisaydlılar”a transferindən dərhal sonra Florian Virtslə nə danışdığını açıqlayıb.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, “New York Times” van Deykdən sitat gətirib.

“Kluba gələndə öz-özümə dedim: “Fikrimcə, “Liverpul”dan daha yaxşı yer yoxdur”. Həqiqətən də belə düşünürəm.

Möhtəşəm bir mövsüm keçirdik və mən hiss edirəm ki, bu mövsüm daha yaxşı ola bilər. Florian klub və bəzi oyunçularla danışanda və mən onunla bir az söhbət edəndə əmin oldum ki, o, hansı klub olduğunu hiss edib və sonra qərarını verib.

Virtzə telefonda nə dedim? Bilmək istəyirsən? Ona dedim: “Liverpul” ən yaxşı yerdir”, – deyə Deyk bildirib.

“Transfermarkt” portalının məlumatına görə, İngiltərə çempionu Virts üçün 125 milyon avro ödəyib. O, “Liverpul” tarixində ən bahalı alış olub.

Seçilən
15
1
manset.az

2Mənbələr