AZ

Maaş artımı ilə bağlı müəmmalı məqamlar: Kişilər çox alır, yoxsa qadınlar?

Paytaxt Bakıda orta aylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat təşkil edib. Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel aylarına nisbətdə 8,1 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1 100,6 manat təşkil edib.
Orta aylıq əməkhaqqının artımı daha çox hansı sahələrdə hiss olunur? Az maaş olan sahələrdə də orta aylıq əməkhaqqının artımından sonra artım meylləri müşahidə edilə bilərmi?

Özəl sektor öndədir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, orta aylıq əməkhaqqında olan artım daha çox özəl sektora aid sahələrdə müşahidə edilir: “Bu, birbaşa ölkə üzrə muzdlu işçilərin əməkhaqlarındakı artımlarla bağlıdır. Sosial paketin dərinləşməsi bütövlükdə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə təsir göstərir ki, bu da artımlarla müşahidə olunmaqdadır. Son illərin statistikası göstərir ki, özəl sektorda əməkhaqqı artımı daha yüksəkdir. Bu, neft və maliyyə sektorunda daha çox müşahidə edilir. Nəzərə alaq ki, neft sektorunda hər zaman maaşlar yüksək olaraq qalmaqdadır. Eyni zamanda xidmət sektorunda da əməkhaqqının artırıldığını görürük. İxtisaslı kadrların maaşlarında da son illər xeyli artımlar müşahidə olunur”.

Fərqli illərdə fərqli rəqəmlər

Deputatın qənaətincə, dövlət və özəl sektor arasında da əməkhaqqı artımlarında fərq nəzərə çarpır. Məsələn, 2024-cü ildə dövlət qulluqçularının əməkhaqqı iki faiz artıb. Amma ölkə üzrə ümumi əməkhaqqı 8,1 faiz artıb: “Bu da ondan xəbər verir ki, ölkəmizdə orta aylıq əməkhaqlarının yüksəlməsində özəl sektorun xüsusi rolu mövcuddur. Təbii ki, dövlət sektorunda da əməkhaqlarının mütəmadi olaraq artdığını müşahidə edirik. Xüsusən də sosial paketlər reallaşan zaman dövlət sektorunda çalışan vətəndaşlarımızın əməkhaqqında daha çox artımlar baş verir. Fərqli illərdə fərqli rəqəmlər mövcuddur. Amma ümumilikdə artıq özəl sektorun, xüsusən də əmək müqavilələrində, həmçinin məşğulluqda idarəçiyə çevrildiyini görürük”.

Kişilər daha çox qazanır

V.Bayramovun fikrincə, kişilər və qadınlar arasında əməkhaqqı fərqi hələ də qalmaqdadır: “Bu gün qadınlar kişilərin əməkhaqqının təxminən altmış faizi həcmində məvacib alırlar. Səbəblərdən biri ağır işlərdə kişilərin fəaliyyət göstərməsidir. Bu kimi fəaliyyətlərdə ağırlıq daha çox kişilərin üzərinə düşdüyündən onların əməkhaqqı xanımlara nisbətən yüksəkdir. Məsələn, neft sektorunu qeyd edə bilərik. Orada daha çox kişilər çalışır. Bu da özü-özlüyündə əməkhaqqı fonduna təsir göstərir. Amma kişilər və qadınlar arasında əməkhaqqı fərqinin azaldılması prioritet olaraq qalmaqdadır”.

Dövlətin müdaxilə imkanı minimumdur

Seçilən
36
9
publika.az

10Mənbələr