“Fələstin dövlətini qurulmasından əvvəl tanımaq əks-nəticələr verə bilər”.
Leqal.info xəbər deyir ki, bunu İtaliyanın Baş baziri Corcia Meloni “La Repubblica” qəzetinə açıqlamasında deyib.
“Mən Fələstin dövlətinin qurulmasının tərəfdarıyam, lakin bu dövlətin qurulmasından əvvəl onu rəsmi olaraq tanımağı dəstəkləmirəm. Mövcud olmayan bir şey kağız üzərində tanınsa, problem həll olunmuş kimi görünəcək, lakin həll olunmamış qalacaq”, – Meloni bildirib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta