AZ

“Neftçi”nin üçüncü yoxlama oyununun vaxtı bəlli olub

“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.

Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

I Liqa klubunda 3 ayrılıq - RƏSMİ

Premyer Liqa klubları üz-üzə - YENİLƏNİR

"Şamaxı"dan ayrılan futbolçu “Səbail”də - RƏSMİ

Təmsilçimiz Zaqrebdə Avropa çempionu olub

“Qəbələ”dən I Liqa klubuna

Seçilən
35
17
apasport.az

9Mənbələr