Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ prezidenti Donald Tramp arasında Şotlandiyada gözlənilən görüş iki tərəfin ticarət razılaşmasına yaxınlaşdığını göstərir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin mənbələrindən biri “hamı olduqca gərgindir”, - deyə qeyd edib.
Diplomatların gözlənilən razılaşma ilə bağlı narahatlığının Trampın iş rejimi ilə əlaqəli olduğu bildirilir. ABŞ lideri xarici həmkarları ilə təkbətək danışıqlar aparmağa üstünlük verir, çünki onlardan güzəşt almaq daha asandır.