İyulun 25-də “Azərbaycan və Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze, Gürcüstan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradze Quba STEAM Mərkəzinə səfər ediblər.
AzEdu.az xəbər verir ki, səfər zamanı qonaqlara Quba STEAM Mərkəzinin fəaliyyəti, burada tətbiq olunan innovativ tədris metodları və şagirdlərin hazırladığı layihələr barədə ətraflı məlumat verilib. Qonaqlar mərkəzdə yaradılan şərait və gənclərin elmi-texniki yaradıcılığının inkişafına göstərilən dəstəyi yüksək dəyərləndiriblər.