AZ

"Turan Tovuz"da ara qarışdı, Kurban Berdiyev idman direktorundan rəhbərə ŞİKAYƏT ETDİ

«Turan Tovuz»da ara yenə qarışıb. Klubdan bu barədə redaksiyamıza növbəti informasiya daxil olub. Verilən xəbərə görə, Kurban BerdiyevSəməd Nəsibovun «qələmini qırmaq» üçün əl-qolunu çırmalayıb. Ötən mövsüm uğursuzluğa düçar olan baş məşqçi idman direktorunu komandadan tamamilə uzaqlaşdırmaq məqsədi güdür. Rusiyalı mütəxəssis İdarə Heyətinin sədri Ehtiram Quliyevə adıçəkilən funksionerdən şikayət edib, bildirib ki, S.Nəsibov onun əleyhinə çalışır. Berdiyev iddia eləyib ki, idman direktoru seleksiya işinə barmaqarası yanaşır, ona yaxşı futbolçular göndərmir.Həmçinin deyib ki, Nəsibov yalnız özünə yaxın menecerlərin «əlinə oynayır», onların oyunçularını «Turan»a gətirməyə can atır.

SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr