AZ

Prezidentin köməkçisi: Qarabağdan erməniləri biz çıxarmamışıq

“Birincisi, Qarabağdan erməniləri biz çıxarmamışıq. Getmək qərarı onların özü tərəfindən verilib. İkincisi, Azərbaycan kifayət qədər kompleks bir reinteqrasiya planı hazırlayıb, lakin ermənilər bu plandan imtina edib”.

Publika.az “Berliner Zeitung”a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O əlavə edib: “Bu plan nə deməkdir? Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan vətəndaşları ilə loyal şəraitdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində yaşamaq. Bu, istənilən bir dövlət üçün tamamilə normaldır. Azərbaycan öz ərazilərinin ziqzaqvari formada dəyişdirilməsi ilə heç vaxt barışa bilməz. Bu məsələ qapadılıb. Azərbaycan vətəndaşı qismində yaşamaq istəyənlər üçün isə müvafiq prosedurlar mövcuddur”.

Prezident köməkçisi Qarabağ ermənilərinin bu ərazini tərk etməsinin “etnik təmizləmə” kimi qələmə verilməsi ilə razılaşmadığını diqqətə çatdırıb:

Seçilən
50
5
publika.az

3Mənbələr