AZ

“Yaxşı xəbər odur ki...” - İki futbolçu ilə güclənəcəklər

“Hayduk” (Xorvatiya) Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Zirə”yə qarşı matçda tam gücləndirişmiş heyətlə iştirak edə bilməmişdi.

Sportinfo.az xəbər verir ki, bu haqda Xorvatiyanın “tportal.hr” saytı məlumat yayıb.

Qeyd edilib ki, İvan Luçiç artıq klubun planlarına daxil deyil və tezliklə komandadan ayrılmalıdır.

Filip Uremoviç isə Yaponiyaya transfer olunmağa yaxındır. İsmael Diallo virus infeksiyasından sağalır, Bamba Sanyang isə yüngül zədədən əziyyət çəkir.

“Buna baxmayaraq, “Hayduk” üçün yaxşı xəbər odur ki, Poljud stadionunda keçiriləcək cavab oyununa qədər vəziyyət dəyişə bilər.

Proqnozlara görə, həm Diallo, həm də Bamba cümə axşamına qədər tam məşqlərə qayıdacaq və baş məşqçinin ixtiyarında olacaq” - deyə sayt yazıb.

Bu komandaların Bakıdakl ilk oyunu heç-heçə başa çatıb – 1:1.

Komandaların cavab oyunu iyulun 31-də Split şəhərində keçiriləcək.

Seçilən
38
2
sportinfo.az

3Mənbələr