AZ

İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər

Azərbaycanlı iş adamları, xüsusilə maddi imkanları geniş olan şəxslər Rusiyanı kütləvi şəkildə tərk edirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə axar.az-a özəl mənbədən daxil olan məlumatda bildirilir.

Mənbə vurğulayıb ki, İsgəndər Xəlilov olayı başlanğıcdır:

“Rusiyadakı azərbaycanlı iş adamlarının siyahısı hazırlanıb. Onların ofislərinə ardıcıllıqla basqın ediləcək. İsgəndər Xəlilovun ətrafında baş verən hadisələr Yekaterinqburqdan sonra bu prosesin bütün ölkə üzrə davam edəcəyinin siqnalıdır. Bu səbəbdən Rusiyadakı azərbaycanlı iş adamlarının böyük əksəriyyəti ailə üzvləri ilə Rusiyanı tərk edir”.

Qeyd edək ki, “Railgo” şirkətinə basqın edildiyi haqda məlumat yaymışdı. Bunun ardınca İsgəndər Xəlilovun ailəsi ilə birgə Azərbaycana qayıtdığı üzə çıxdı.

Xəbər 17 dəfə oxunub.
Seçilən
52
7
xezernews.az

9Mənbələr