AZ

Benin yığmasının müdafiəçisi “Sumqayıt”a üstünlük verdi

“Sumqayıt”ın düşərgəsində olan Abdul Raşid Moumininin durumuna böyük ölçüdə aydınlıq gəlib.

Sportinfo.az Benin mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi növbəti mövsümü “gənclik şəhəri” təmsilçisində keçirəcək.

Bildirilir ki, son mövsümü “Ayema”da keçirən sağ cinah oyunçusu Avropanın bir neçə klubunun maraq dairəsinə düşüb.

Lakin o, “Sumqayıt” variantını üstün tutub. Ötən ilin yayında aldığı təklifləri rədd edən Benin millisinin üzvünün “Sumqayıt” rəhbərliyi ilə danışıqları müsbət yekunlaşmaq üzrədir.

Klub prezident Riad Rəfiyevin təqdim etdiyi layihənin oyunçu üçün cəlbedici olduğu vurğulanıb.

Abdul Raşid Moumini Benin millisinin heyətində 16 oyun keçirib, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
13
sportinfo.az

1Mənbələr