AZ

AİB Azərbaycanın iştirakı ilə ticarət agentliyinin yaradılması imkanlarının öyrənilməsini başa çatdırıb

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) “Mərkəzi, Qərbi, Şərqi və Cənubi Asiyasubregionlarında investisiyalara və iqtisadi artıma dəstək”layihəsi üzrə texniki yardımın başa çatması ilə bağlı hesabat dərcedib. Hesabat Ticarət kreditləri və investisiyaların (təkrar)zəmanətinin çoxşaxəli sığortalanması agentliyinin (TCIGA)yaradılması imkanlarının genişmiqyaslı öyrənilməsinintamamlanmasını əks etdirir.

Trend-in AİB-əistinadən məlumatına görə, bu təşəbbüs regional iqtisadiəməkdaşlığın və investisiya axınlarının gücləndirilməsinəyönəlib.

Layihəyə 2018-ci ilin oktyabr ayında start verilib və məqsədiçoxşaxəli 18 inkişaf etməkdə olan AİB üzv ölkəsi arasındaregiondaxili və regionlararası ticarəti dəstəkləməklə birbaşaxarici investisiyaların (BXİ) cəlb olunmasına və ixracınşaxələndirilməsinə töhfə verəcək agentliyin yaradılması imkanlarınıaraşdırmaq olub. Bu ölkələrə aşağıdakılar daxildir: Əfqanıstan,Ermənistan, Azərbaycan, Banqladeş, Butan, Gürcüstan, Hindistan,Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, Monqolustan, Nepal,Pakistan, Çin Xalq Respublikası, Şri-Lanka, Tacikistan,Türkmənistan və Özbəkistan.

AİB tərəfindən dəstəklənən texniki yardım (TY) layihəsi ikimərhələdə həyata keçirilib. Birinci mərhələdə agentliyinyaradılmasının mümkünlüyü araşdırılıb və bu mərhələ uğurlayekunlaşıb. İkinci mərhələ isə – ölkələrdə məsləhətləşmələrinaparılması və potensial iştirakçılarla qarşılıqlı anlaşmamemorandumlarının imzalanması nəzərdə tutulsa da, vaxt çatışmazlığıvə layihə rəhbərliyindəki dəyişiklik səbəbindən ləğv edilib.

TY hesabatından əsas göstəricilər:

İlkin təsdiqlənmiş məbləğ: 2,3 milyon ABŞ dolları

Yenilənmiş məbləğ: 3,35 milyon ABŞ dolları

Faktiki xərclənən: 1,89 milyon ABŞ dolları

İstifadə olunmamış qalıq: 1,46 milyon ABŞ dolları

Büdcənin mənimsənilmə səviyyəsi: 56,5%

Layihənin tamamlanma tarixi: 14 avqust 2024-cü il

Maliyyələşdirmə mənbələri:

AİB-nin Texniki Yardım üzrə Xüsusi Fondu (TASF): 300 000 ABŞdolları

Böyük Britaniya tərəfindən maliyyələşdirilən ARTCF fondu: 1,5milyon ABŞ dolları

Regional Əməkdaşlıq və İnteqrasiya Fondu (RCIF): 1,425 milyonABŞ dolları

Maliyyə sektorunun inkişafı üzrə Tərəfdaşlıq Xüsusi Fondu(FSDPSF): 125 000 ABŞ dolları

Tədqiqatın əsas nəticələri:

Aparılmış araşdırmanın yekun hesabatı 17 iştirakçı ölkədəTCIGA-nın yaradılmasının potensial iqtisadi və institusionaltəsirlərini əhatəli şəkildə təhlil edir. Əsas məqalarbunlardır:

İxracın, ÜDM-in, iqtisadi mürəkkəbliyin, məşğulluğun və sosialgöstəricilərin müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

Gələcək agentlik üçün hüquqi struktur, idarəetmə, kapitalstrukturu və əməliyyat modeli üzrə təkliflər hazırlanıb.

Fərqli iştirak səviyyələrini nəzərə alan biznes inkişafıssenariləri və üzvlük strategiyaları təqdim olunub.

Ticarətin maliyyələşdirilməsi sahəsində məhsulların mərhələlitətbiqi və marketinq yanaşmaları işlənib hazırlanıb.

Agentliyin beynəlxalq səviyyədə tanınmış zəmanət və investisiyasığortası təminatçısı kimi mövqe tutmasına imkan verəcək mümkünreytinq məqsədləri qiymətləndirilib.

TCIGA-nın yaradılması ideyası ilk dəfə 2017-ci ilin iyun ayındaGürcüstanın Tbilisi şəhərində keçirilən Mərkəzi Asiya Regionalİqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Ticarət Siyasəti üzrəKoordinasiya Komitəsinin 24-cü iclasında irəli sürülmüşdü.

İkinci mərhələnin həyata keçirilməməsinə baxmayaraq, AİB qeydedib ki, əldə olunmuş biliklər, alətlər və analitik materiallargələcəkdə ticarətin maliyyələşdirilməsi və investisiyalarınqorunması sahəsində regional təşəbbüslər üçün dəyərli əsas təşkiledir.

Bankın vurğuladığı kimi, aparılmış araşdırma TCIGA-nınyaradılması istiqamətində növbəti mümkün addımlar üçün möhkəm təməlqoyur – əgər maraqlı ölkələr və ya inkişaf üzrə tərəfdaşlarlayihəni irəlilətmək niyyətində olsalar. AİB, həmçinin qlobaltəchizat zəncirlərindəki təlatümlər və dayanıqlı, inklüziv artımınartan əhəmiyyəti fonunda, ticarət və investisiya risklərininazaldılmasına beynəlxalq marağın artdığını da qeyd edib.

İxrac yönümlü iqtisadiyyatın struktur transformasiyası vəregional inteqrasiya məqsədləri ilə tam uyğun olan bu layihə, kiçikvə orta sahibkarlıq subyektlərinin (KOS) regional və qlobalticarətə çıxış imkanlarını genişləndirmək üçün platformayaradır.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr