AZ

“Zirə”nin rəqibi udluz futbolçunu transfer edir

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” heyətini yeni oyunçu ilə gücləndirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Split təmsilçisi Ante Rebiçin keçidini həll etmək üzrədir. 31 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Rebiç karyerası ərzində “Fiorentina”, “Leypziq”, “Verona”, “Ayntraxt”, “Milan”, “Beşiktaş” və “Leççe”də çıxış edib.

Qeyd edək ki, “Zirə” Bakıda keçirilən ilk oyunda “Hayduk”la 1:1 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab görüşü iyulun 31-də Xorvatiyada baş tutacaq.

Seçilən
19
2
idmanxeber.az

3Mənbələr