AZ

Yadplanetli kosmik gəmi Yerə hücum edəcək: Harvard alimlərindən şok: “Bu obyekt noyabrda...”

Kosmosda müşahidə edilən sirli və rəngarəng işıq zolağı ilə müşayiət olunan obyektlə bağlı ciddi xəbərdarlıq gəlib.

Turkustan.az xəbər verir ki, Harvard Universitetinin tanınmış astrofizikləri “New York Post”a bildiriblər: bu obyekt “noyabr ayında Yerə hücum etməli olan düşmən xarici kosmik gəmi” ola bilər!

Alimlər obyektin qeyri-adi trayektoriyası və spektral görünüşünün yerli təbiətə uyğun gəlmədiyini, onun texnogen və qeyri-bəşəri mənşəli olma ehtimalını araşdırdıqlarını açıqlayıblar.

“Əgər bu hipotez təsdiqini tapsa, nəticələr bəşəriyyət üçün fəlakətli ola bilər”, – deyə Harvard komandası vurğulayıb.

Daha maraqlısı isə odur ki, bu xəbər ABŞ prezidenti Donald Trampın çıxışından cəmi bir neçə saat sonra yayılıb. Tramp həmin çıxışında Harvard Universitetinin prezidentini Epşteynin “qara siyahısı” ilə əlaqələndirmişdi. Bəzi çevrələrdə artıq iddia olunur ki, bu obyektin görünməsi və Trampın bəyanatı arasında qəribə və təsadüf sayıla bilməyəcək bir vaxt uyğunluğu var.

İkinci görüntü isə obyektin qara-ağ formatda müşahidəsidir. Obyekt digər səma cisimlərindən tam fərqli şəkildə parlayır və aydın şəkildə disk formalı strukturu əks etdirir. NASA və digər kosmik agentliklər hələlik obyektin dəqiq təyinatı ilə bağlı rəsmi açıqlama verməkdən çəkinir.

Müşahidələr davam edir. Amma sual açıq qalır: noyabrda nə baş verəcək?/Musavat.com

Seçilən
38
3
turkustan.az

10Mənbələr