AZ

Qənirə Ataşova ginekoloqun paylaşımlarını tənqid etdi

Xəbər verdiyimiz kimi, aparıcı Rövşanə Ağasəfqızı həkimlərin pasiyentləri ilə apardıqları müayinələri açıq-aşkar sosial media hesablarında paylaşmalarını qınayıb. Aparıcı mama-ginekoloq Kəmala Quliyevanın paylaşımını tənqid edib.

Axşam.az xəbər verir ki, bu dəfə bənzər paylaşımla bağlı ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova yazıb. Jurnalist mama-ginekoloq Nigar Qəhrəmanovanın himenoplastika ilə bağlı videosunu yayımlayıb. O bildirib ki, bu cür paylaşım qeyri-etikdir:

"Bir neçə gündür tanınmış həkimlər bu videonu mənə göndərir. Sağ olsun, Rövşanə məsuliyyətlə paylaşdı. Mən də videodakı həkimə yazdım, danışmaq istədiyimi bildirdim. "Bir azdan dönəcəm" dedi, amma hələ də susur.

Həkim yazıb ki, "Himenoplastika - qızlıq pərdəsinin ömürlük tikilməsi, 30 dəqiqəyə, tam ağrısız, ömürlük". Sual edirəm: Bu reklam kimə və nəyə lazımdır? Həkim cəmiyyətə bu dillə səslənməlidirmi? 

Həkim olmaq - həm də ziyalı olmaq deməkdir. Təəssüf ki, bəziləri yalnız diplom alıb, amma ziyalılıqdan bixəbər qalıb. Hörmətli həkimlər, "ömürlük pərdə" tibbi uğurdur, yoxsa sosial dramın afişası? Və "ömürlük" deyəndə, hansı ömrü nəzərdə tutursuz?".

Seçilən
32
1
demokrat.az

2Mənbələr