AZ

Sürücülər maarifləndirilməlidir...

 Bu gün Azərbaycanda əksər sürücülərin maarifləndirilməsinə  böyük ehtiyac var.

Çünki onlarla söhbət ediləndə, onlarla ünsiyyətdə olanda bir çox problemlər öz həllini asanlıqla tapır. Amma gərək onlar da bu maarifləndirmə tədbirlərindən nəticə çıxarmalıdır. Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq, nəqliyyat vasitələrində müəyyən texniki qüsurları, problemlər yaranır.Çox təəssüf ki, bəzi sürücülər nəqliyyat vasitələrinin texniki göstəricilərinə diqqət yetirmir, müəyyən olunmuş müddətdə onları texniki baxışa təqdim etmirlər. Heç şübhəsiz ki, bu da qısa zaman kəsiyində  mövcud nöqsanları üzə çıxarır.

Belə ki, ya texniki cəhətdən sıradan çıxmış avtomobil yarıyolda qalır, ya da maşında qəfil yanğınlar baş verir. Bu da birmənalı olaraq sürücülərin və orda olan sərnişinlər həyatı üçün təhlükə  yaradır. Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki -müfəttişlik  şöbəsinin rəisi, polis polkovniki Xalid Əzimov deyir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaq hər bir sürücünün vəzifəsidir.O, ildə bir dəfə avtomobili texniki baxışa təqdim etməlidir və texniki müayinə zamanı  aşkar olunan mövcud nöqsanları, qüsurları sürücü vaxtında aradan qaldırmalıdır. Əfsuslar olsun ki, bəzi sürücülər nəinki bu nöqsanları aradan qaldırır, heç nəqliyyat vasitələrini texniki  müayinəyə belə aparmırlar.

Bu barədə biz mütəmadi olaraq sürücülər arasında izahat işləri aparır və onların maarifləndirilməsi diqqət mərkəzində saxlanılır. Son vaxtlarda ya bəzi avtomobillərdə yanğınlar olur, ya da onlar texniki cəhətdən sıradan çıxıb, hərəkətin intensiv olduğu yolda qalır. Bu isə digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır. Ona görə də biz belə sürücülər arasında təbliğat və təşviqat işləri aparırıq  ki, onlar çətın durumdan çıxa bilsinlər.Havaların isti keçməsi ilə əlaqədar olaraq avtomobillərin mühərrikində , elektrik naqillərində  yaranmış texniki nasazlıq zamanı yanğınlar baş verir.

Ona görə də sürücülər bu məsələlərə diqqət yetirməli,  avtomobillərdə  odsöndürən avadanlıq saxlamalıdır.Ən başlıcası isə  maarifləndirmə  işləri öz nəticəsini verməli, onlar yol  polisinin, o cümlədən bizim xəbərdarlıqlarımıza , tövsiyələrimizə əməl etməlidirlər!

Emil Faiqoğlu  

Seçilən
22
adalet.az

1Mənbələr