AZ

Kredit faizlərinin yüksək olduğu rayonlar-TOP5

Ölkə üzrə ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonundadır.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, iqtisadi rayon üzrə orta kredit faiz dərəcələri 19.80% təşkil edir.

İkinci sırada Mil-Muğan iqtisadi rayonu yer alır- 19.76%.

Kredıt faizlərinin yüksək olduğu digər ərazilər isə Qarabağ iqtisadi rayonu -19,58%, Lənkəran-Astara iqtisadi rayonu -19,49%, Şirvan-Salyan iqtisadi rayonudur -19,36%.

Ölkədə banklar ən aşağı faizlə Bakıda kredıt verirlər-12%.

Qeyd edək ki, ilin əvvəlindən banklar 28,4 milyard manat dəyərində kredit veriblər. Bunun 21,7 milyard manatı Bakının payına düşüb.

Seçilən
40
6
teleqraf.com

7Mənbələr